“Krımdakı vəziyyət Türkiyə tərəfindən qəbul edilmir”

20:03 | 04.12.2014
“Krımdakı vəziyyət Türkiyə tərəfindən qəbul edilmir”

“Krımdakı vəziyyət Türkiyə tərəfindən qəbul edilmir”

ATƏT "dondurulmuş” münaqişələrin nizamlanması üçün səylərini artırmalıdır.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
 
O qeyd edib ki, "dondurulmuş” münaqişələr milli və regional maraqlara zərbə vurur: "Gələcək nəsillərin bizdən gözləntiləri məlumdur. Onlar sülh və inkişaf şəraiti yaratmaq üçün var gücümüzlə çalışmağımızı gözləyirlər”.
 
M. Çavuşoğlu Krımdakı vəziyyətin Türkiyə tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, Ukrayna böhranı ATƏT-in əhəmiyyətini bir daha ön plana çıxarıb. "ATƏT sabitlik və sülhə töhfə verməyə çalışır. Bu böhrandan çıxmaq və digər böhranların qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq”, - deyə o vurğulayıb. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM