Krımdan sonra Dağlıq Qarabağdır

13:27 | 05.05.2014
Krımdan sonra Dağlıq Qarabağdır

Krımdan sonra Dağlıq Qarabağdır

May ayının əvvəlində ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri daha da artıracaq. Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etməyə çalışır. Çünki rəsmi Moskva münaqişənin həlli müddətini uzatmaqla regionda öz təsirini saxlamağa çalışır. ANS PRESS-in məlumatına görə, ABŞ-ın "Foreign Affairs" jurnalında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib. Məqaləni ABŞ və İsrail alimi, Amerika siyasi elmlər assosasiyasının üzvü Brendi Şaffer yazıb.Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiya qoşunlarını ölkədən çıxarmaq barədə qərar vermək fikrində deyil. Belə olan təqdirdə rəsmi Moskva həm Ermənistana, həm də Qərbə regionda mövcud olan münaqişələrin həlli ilə bağlı təzyiqlər edə bilir.Müəllif hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bu günə qədər ona görə həll olunmayıb ki, ABŞ Rusiyanı heç vaxt ciddi qəbul etməyib. Münaqişəni Rusiyasız həll ettməyə çalışıb. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra Vaşinqton başa düşüb ki, Moskva Dağlıq Qarabağda etnik münaqişədən istifadə edə bilər. Rusiya Ukrayna və Gürcüstanda sübut etdi ki, Moskva hər an hərbi gücündən istifadə edə bilər.Bəs, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq? Vladimir Putin Krım məsələsində uğur əldə etdikdən sonra həvəslənib. İnanmıram ki, o, digər münaqişələrdə danışıqlara getsin.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM