Krımlı qaçqınlara yardım edildi - FOTO

15:02 | 04.06.2014
Krımlı qaçqınlara yardım edildi - FOTO

Krımlı qaçqınlara yardım edildi - FOTO

Ukrayna Azərbaycanıları Birləşmiş Diasporası və Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyi Kiyev şəhərində xeyriyyə aksiyası həyata keçirib. 
ANN.Az-a verilən məlumata görə, onlar məlum səbəbdən Kırımdan köçən ukraynalı və krım türklərindən ibarət qaçqınlara müəyyən miqdarda pul, ərzaq və geyim yardımı ediblər. Hər iki təşkilatın nümayəndələri Kırım qaçqınları palatasının rəhbəri Qaide Rzayevaya gətirdikləri pul və başqa yeyəcək, geyinəcəkləri təhvil verdikdən sonra Maydana gedərək orda quraşdırılmış Azərbaycan çadırında azərbaycanlı aktivistlərin başçısı Allahverdi dayı ilə görüşüblər. 
Qeyd edək ki, bu günlərdə Ukrayna ictimai və siyasi həyatında ən aktiv diaspor təşkilatlarından biri olan UABD və YNH Ukrayna Nümayəndəliyi hazırki prezident Petro Poraşenko və Kiyev meri Vitali Kliçkonun seçki kompaniyasına açıq dəstək vermişdilər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb