Krımı birləşdirdiyinə görə Rusiya iqtisadiyyatı yaxın 3-4 il ərzində 150-200 mlrd dollar əlavə xərcə düşəcək, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.
"Krımı maliyyələşdirmək üçün ildə azı 6-7 milyard dollar tələb olunacaq. Əlavə xərcləri də nəzərə almaqla bu rəqəm böyüyərək 3-4 il ərzində 150-200 milyard dolara çata bilər”, - A.Kudrin qeyd edib.
Krımın ilhaqı ilə bağlı Rusiaynın bilavasitə iqtisadi itkilərinə Kudrin, o cümlədən, sanksiyaları və ölkə iqtisadiyyatına beynəlxalq aləmdə münasibətin dəyişməsini də aid edib.
Aleksey Kudrinin qənaətincə, Rusiya rəsmiləri siyasi məqsədlər naminə iqtisadi nailiyyətləri qurban verirlər. Sabiq nazir 2015-ci ildə Rusiya iqtisadiyyatına investisiyaların azalacağını və yaxın 5 il ərzində iqtisadiyyatda durğunluğun yaranacağını proqnozlaşdılrır. //bbc.co.uk/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !