Krımın ruslardan müdafiəsinə azərbaycanlı general rəhbərlik edir

14:08 | 01.03.2014
Krımın ruslardan müdafiəsinə azərbaycanlı general rəhbərlik edir

Krımın ruslardan müdafiəsinə azərbaycanlı general rəhbərlik edir

Krımda Rusiyaya qarşı özünümüdafiə dəstələrinə azərbaycanlı general başçılıq edir. Krımın yerli əhalisi Rusiyanın yarımadanı ələ keçirməsi cəhdini qəzəblə qarşılayır. Artıq yarımadanın aboragen vətəndaşları, yəni tatarlar rus hərbi birləşmələrinə qarşı özünümüdafiə dəstələri formalaşdırır. Özünümüdafiə dəstələrinə isə milliyətçə azərbaycanlı olan Ukraynanın xüsusi xidmət general-mayoru Kamal Cəlilov rəhbərlik edir. Kamal Cəlilov haqda əldə etdiyimiz məlumatda isə qeyd edilir ki, 1990-cı ilə qədər Bakıda yaşayan və valideynləri ayrıldıqdan sonra milliyətcə tatar olan anası ilə Krıma köçən generalın atası azərbaycanlıdır.Kamal Cəlilovun bacısı Dinara Cəlilova isə Krım Muxtar Respublikasının Ali Radasında təhlükəsizlik məsələləri üzrə rəis müavindir. Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatının qələbəsindən sonra Rusiya bu ölkəyə təzyiqləri artırıb. Əhalisinin çoxunu rusdilli vətəndaşlar təşkil edən Krım Muxtar Respublikasında Ukraynaya etimadsızlıq tələbləri səslənir. Yarımadada əsas obyektlər rus özünümüdafiə dəstələri adı altında Rusiya hərbi birləşmələrinə məxsus silahlılar tərəfindən nəzarətə alınıb. (“AzNews.az”)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM