Muxtar vilayətdə sabah keçirilməsi nəzərdə tutulan referendum üçün 1 milyon 550 min bülleten çap edilərək, 1200 seçki məntəqəsi hazırlanıbDünya Krımda referenduma bir gün qalır. ANS PRESS-in məlumatına görə, muxtar vilayətdə referenduma son hazırlıq işləri görülür. Rəsmi məlumatlara görə, səsvermə üçün 1200 məntəqə hazırlanıb. Artıq 1 milyon 550 min bülleten çap edilib. Krımda referendumun gedişini çəkmək üçün Rus telekanalları səfərbər olublar. Sevastopol sakinləri isə referenduma qəribə şəkildə hazırlaşırlar. Segodnya.ua-nın müxbiri Sevostopol sakinlərinin referendumdan öncə bankomatdan pul çıxararaq mağazaya araq almağa tələsdiklərini yazır. "Rusiya bahaçılıq deməkdir. İndi arağı ucuz qiymətə alaraq sonradan baha satmaq olar", - deyə növbədə olanlar bildiriblər. Krım sakinləri ümumilikdə mağazalara axışaraq ərzaq məhsulıları alırlar. Onlar daha çox makaron, yarma, konserv və digər məhsullar almağa üstünlük verirlər. Bankomatların ətrafında növbələr gözə dəyir. Qeyd edək ki, Krımda referendum sabah baş tutacaq. Ukraynanın yeni müvəqqəti hökuməti və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter martın 16-da Krımda keçirilməsi nəzərdə tutulan referendumun qeyri-qanuni olduğunu bildiriblər. Xatırladaq ki, Krımda vəziyyət Ukraynanın paytaxtı Kiyev şəhərində Evromaydan aksiyalarından sonra gərginləşib. Prezident Viktor Yanukoviç paytaxtı tərk edərək Rusiyaya getdikdən sonra yerli özünümüdafiə qüvvələri adlandırılan birliklər Krıma təyin olunmuş yerli hakimiyyəti qəbul etməyərək muxtar vilayətdə referendum keçirilməsinə qərar vermişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !