Krımın taleyi: üç versiya - AÇIQLAMA

14:36 | 14.03.2014
Krımın taleyi: üç versiya - AÇIQLAMA

Krımın taleyi: üç versiya - AÇIQLAMA

Ukrayna-Rusiya münasibətləri gərginləşməkdə davam edir. Ukraynadakı inqilab, Rusiyanın Krıma müdaxiləsi və Qərbin Rusiyaya dirənişi dünyada yeni münaqişə ocağının yaranmasına səbəb olub. Açıq şəkildə demək olar ki, Putin Krımı işğal edib. İndi hamını Krımın gələcəyi və Ukraynanın taleyi maraqlandırır.

Daxili Qoşunların keçmiş baş komandanı, Ukraynada yaşayan Fəhmin Hacıyev hazırkı durumu ANN.Az-a şərh edib.

F.Hacıyev açıqlamasında bildirib ki, Krımda vəziyyət göründüyümdən daha qorxulu və təhlükəlidir: “Rus ordusu sözün əsil mənasında Krımı işğal edib və artıq bolşeviklərin işğal metodikası ilə oranı idarə edir. Krımın işğalının nəticələri əsasən üç istiqamətdə inkişaf edə bilər: Birinci yol: Dünya birliyi diplomatik və iqtisadi təzyiq vasitələrindən istifadə etməklə Putini geri çəkilməyə məcbur edir və qan tökülmür. Beynəlxal birliyin, Ukrayna hökümətinin, Rusiya və Türkiyənin iştirakı ilə Krımın statusunun Ukrayna ərazi bütövlüyü qorunmaqla referendum yolu ilə həll edilir. Bu variantla da Rusiya az itki ilə Putinin avantyurasından xilas ola bilir.

İkinci yol: Putin geri çəkilmir, Krımın işğal altında saxlanması davam edir. Ukrayna və dünya birliyi silah işlətməkdən imtina edir. Putin hökümətini izolyasiyası gücləndirilir. Rusiya Federasiyasının subyekti olan muxtar və avtonom dövlətlərin mərkəzdənqaçma meyilləri dəstəklənir və Rusiyada müstəqil dövlətlər yaranma prosesi sürətlənir.

Üçüncü yol: Putinin işğalını durdurmaq üçün hərbi xarakterli cavab tədbirləri görülür. Krım döyüş zonasına çevrilir və nəticədə Rusiya ordusu məğlub olaraq geri çəkilir".

Ekspert sonda onu da əlavə edib ki, bütün hallarda proses Rusiyanı məhvə aparacaq: “Belə davam edərsə, istənilən halda Putinin başladığı işğal siyasəti Rusiyanın dağılması və MDB-yə üzvü olan dövlətlərin müsəqilliyinin möhkəmlənməsi ilə nətilənəcəkdir”SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM