“Krokus Siti Holl”da qurbanların sayı 360-a çatıb

13:23 | 27.03.2024
“Krokus Siti Holl”da qurbanların sayı 360-a çatıb

“Krokus Siti Holl”da qurbanların sayı 360-a çatıb

"Krokus Siti Holl”da törədilən terror aktı qurbanlarının sayı 360 nəfərə çatıb. 

"Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 360 nəfər, o cümlədən 11 uşaq yaralanıb”, - TACC agentliyinin məlumatında deyilir. 
 
92 zərərçəkmiş xəstəxanaya yerləşdirilib, 63 nəfər artıq evə buraxılıb, 205 zərərçəkmişə isə ambulator yardım göstərilib.

Martın 22-də bir qrup silahlı şəxs Piknik qrupunun konserti başlamazdan əvvəl foyedə və konsert zalının özündə atəş açmağa başlayıb. Faktla bağlı cinayət işi açılıb. Terror aktını törədən 4 nəfər və daha 3 müttəhim həbs edilib. Ötən gün Fövqəladə Hallar Nazirliyi "Krokus”da həlak olanların yenilənmiş siyahısını dərc edib.

Crocus City Hall-da terror aktını sifariş edən şəxs hələ ki, müəyyən edilməyib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM