“Krokus”da baş verən terrordan sonra 100 min bilet geri qaytarılıb

10:37 | 28.03.2024
“Krokus”da baş verən terrordan sonra 100 min bilet geri qaytarılıb

“Krokus”da baş verən terrordan sonra 100 min bilet geri qaytarılıb

"Crocus City Hall"-da baş verən terror aktından sonra beş gün ərzində Rusiyada kütləvi tədbirlər üçün 100 min bilet  geri qaytarılıb. Bu barədə RBC məlumat yayıb.

Ölkə üzrə ləğv edilən tədbirlərin sayı 1,5-2 minə çatır ki, bu da ümumi sayının təxminən 3%-ni təşkil edir.

Təşkilatçıların əksəriyyəti konsert və tədbirləri daha sonrakı tarixlərə keçirmək niyyətindədir. InterMedia agentliyinin rəhbəri Yevgeni Safronovun sözlərinə görə , terror aktından sonra konsertlərə bilet satışı 60-70% azalıb.

Crocus City Hall konsert zalında törədilən terror aktından sonra Rusiyada kütləvi tədbirlərin təşkilatçılarının maksimum itkisi 3-4 milyard rubl həcmində qiymətləndirilir. 

Martın 22-də bir qrup silahlı şəxs Piknik qrupunun konserti başlamazdan əvvəl foyedə və konsert zalının özündə atəş açmağa başlayıb. Faktla bağlı cinayət işi açılıb. Terror aktını törədən 4 nəfər və daha 3 müttəhim həbs edilib. Ötən gün Fövqəladə Hallar Nazirliyi "Krokus”da həlak olanların yenilənmiş siyahısını dərc edib.

Crocus City Hall-da terror aktını sifariş edən şəxs hələ ki, müəyyən edilməyib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM