"Barselona"nın baş məşqçisi Yohan Kroyf "Atletiko" (Madrid) klubunun bu mövsümkü çıxışını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Kroyf "Atletiko"nun La Liqada çempionluğu haqq etdiyini bildirib:
"Atletiko" bu mövsüm La Liqada çempionluğu haqq edir. Onlar buna nail olmasalar belə, cari mövsümü yüksək səviyyədə keçirdiklərini söyləmək olar. "Barselona"ya gəlincə bu klubda bütün qərarları rəhbərlik verir, hansı ki, onların futboldan anlayışları yoxdur. "Barselona" erası başa çatdı". Bu ifadə yalnız özlərinə bəraət qazanmaları üçün səslənir. Futboldan anlayışı olan bilməlidir ki, daha öncə nə ona uğur qazandırdı və hansı amil hazırda komandanın zəif çıxışına təsir göstərir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !