Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb. Trend-in məlumatına görə, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.
Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.
İnsident nəticəsində daha 3 nəfərin isə xəsarət aldığı bildirilir.
Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinniə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !