Körpəsini tapan ana danışdı - VİDEO

09:48 | 04.09.2014
Körpəsini tapan ana danışdı - VİDEO

Körpəsini tapan ana danışdı - VİDEO

Sumqayıtda oğurlanan körpənin tapılmağı haqqında məlumat vermişdik. ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Ayseli körpəsi qucağında Sumqayıt Şəhər Polis İdarəsində görmək nə qədər xoş idisə, bu işin təfərrüatlarına varmaq daha xoş və maraqlı idi. Ayselin körpəsini oğurlayan bu qadın, 1968-ci il təvəllüddü Xırda Babayevadır. Xırda Babayeva körpəni Bİnəqədidə kirayə qaldığı evdə saxlayıb. Körpənin yeri aşkar edildikdən sonra o, həkim müayinəsindən keçirilib. Sonra sağ-salamat anasına təhvil verilib.“Ümidimi itirməmişdim, bilirdim ki, körpəm tapılacaq. Eyni zamanda bu işdə əməyi olan bütün polis əməkdaşlarına, o cümlədən də sizlərə təşəkkür edirəm”, - deyə Aysel Əhmədova qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM