Türkiyədə tanınmış köşə yazarını döyən üç AKP üzvü partiyadan çıxarılıb.
Axar.az-ın verdiyi xəbərə görə, AKP-nin başqan köməkçisi Ömər Çəlik jurnalist Əhməd Hakana hücum edən hər üç şəxsin partiyadan qovulduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu zehniyyətə sahib şəxslərin partiyada yeri yoxdur:
"Uğur Adıyaman, Fuat Almas və Əhməd Gülər partiyadan xaric olunub. AKP-nin 10 milyon üzvü var. Belə adamlar partiyanın yaxınlığından belə keçə bilməzlər. Jurnalistlərə qarşı zorakılıq edənləri lənətləyirik”.
Qeyd edək ki, Ə.Hakana hücum edənlərdən biri də Kamran Ergindir. O, AKP üzvü deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !