“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişdi

18:29 | 04.12.2014
“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişdi

“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişdi

Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, "Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür