KTMT Baş katibi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili iclas çağırdı

12:46 | 13.07.2020
KTMT Baş katibi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili iclas çağırdı

KTMT Baş katibi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili iclas çağırdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar KTMT Daimi Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Anews.az "Report” -a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar KTMT Baş katibi Stanislav Zas iyulun 13-də KTMT Daimi Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib”, - o deyib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb