KTMT generalı Qarabağdan danışdı

12:28 | 12.10.2017
KTMT generalı Qarabağdan danışdı

KTMT generalı Qarabağdan danışdı

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu həll oluna bilər"

AzVision.az "news.am”-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

KTMT-da üzv dövlətlərin Azərbaycana silah-sursat satmasından danışan birləşmiş qərargahının rəisi vurğulayıb ki, hər bir ölkədə institutlar və rəhbərlər var, onlar vəziyyəti dərindən və ciddi şəkildə qiymətləndirirlər: "Əsas hədəf balansı saxlamaq və münaqişəni nizamlamaqdır. Nizamlanma yalnız sülh yolu ilə mümkündür”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM