KTMT missiyasının sərhəddə yerləşdirilməsi aktualdır - Lavrov

13:17 | 02.02.2023
KTMT missiyasının sərhəddə yerləşdirilməsi aktualdır - Lavrov

KTMT missiyasının sərhəddə yerləşdirilməsi aktualdır - Lavrov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi təklifi aktual olaraq qalır, İrəvan maraqlı olarsa, o, yerləşdirilə bilər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselevə müsahibəsində deyib.


"Bu çətin vəziyyətdə KTMT-nin sülhməramlı əməliyyatın Ermənistan və Azərbaycan sərhəddində yerləşdirilməsi planını hazırlaması, hesab edirəm ki, çox mühüm nailiyyət idi. Bu təklif hələ də masadadır. Və əgər bizim Erməni müttəfiqləri, dostları hələ də bununla maraqlanır, bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər”, - Lavrov bildirib.
 
Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi məətbuat konfrasında jurnalistlərə müsahibə verərək bildirib ki, Rəsmi Yerevan  2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda hərbi  təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. 
 
"Biz bəyan edirik ki,  2023-cü ildə KTMT-nin Ermənistanda  təlimlərinin keçiriməsi məqsədəuyğun hesab etmirik", - Paşinyan deyib.
 
Yanvarın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistanda keçirilən "Sarsılmaz Qardaşlıq-2023” təliminin ləğvi ilə bağlı İrəvandan rəsmi bildiriş almadığını açıqlayıb.

"Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsi tərəfindən qəbul edilmiş 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin güc və vasitələrinin komandanlıq-nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi planı KTMT Sülhməramlı Qüvvələri ilə təlimin keçirilməsini nəzərdə tutur.  Bu il Ermənistan torpaqlarında bu təlimin keçirilməsi zərurəti daha əvvəl İrəvanda da təsdiqlənib. Hazırda KTMT Katibliyi təşkilatda müəyyən edilmiş qaydada bu təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfdən rəsmi bildiriş almayıb”, - təşkilat qeyd edib.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


Rusiya Müdafiə Nazirliyinin planları Ermənistanda KTMT-nin tənqidi fonunda açıqlanıb. Belə ki, 2022-ci il noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib, ondan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və "Azərbaycan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. O, bəyan edib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya aydın qiymət verməyib və bu, təşkilatın müttəfiqlik öhdəliklərindən imtina etməsi anlamına gələ bilər.


2022-ci il noyabrın 27-də KTMT Ermənistana dəstək tədbirləri təklif edib, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərib. 
 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb