Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja noyabrın 12-də Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistana məxsus hərbi helikopterin vurulmasına münasibət bildirib.ANN.Az APA-ya istinadən xəbər verir ki, N. Bordyuja bildirib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər:“Bu, bizim narahatlığımızı artırır. 2014-cü il ərzində təmas xətti və Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər davamlı şəkildə baş verib. Təkcə yayda uç ay ərzində atəşkəs rejimi 1500 dəfə pozulub. Yaşayış məntəqələri və dinc əhali atəşə tutulub. Kəşfiyyat-diversiya qruplarının təmas xəttini keçməsi, zorakılıqlar və dinc sakinlərin ölməsi faktları baş verib. Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir. Mən inanıram ki, biz bu vəziyyətin inkişafının qarşısını almaq məqsədilə addımlar atmalıyıq. Güc tətbiq etməkdən imtina, atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsi və provokativ addımlara yol verilməməsi belə hadisələrin qarşısını ala bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !