Orta Asiya və Zaqafqaziyada qərbin təsirindən çətin vəziyyət davam edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
Avqustun 14-də Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Kobalt-2024" xüsusi hərbi təliminin açılış mərasimi başlayıb.
Təlimlərdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın maraqlı nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər.
Bundan əvvəl Ermənistanın hərbi təlimlərdə iştirak etməyəcəyi bildirilib.
Bundan əvvəl Ermənistanın hərbi təlimlərdə iştirak etməyəcəyi bildirilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !