Kuba Rusiyadan BRİKS-in tərəfdaş dövlət olmasını istəyib

12:57 | 08.10.2024
Kuba Rusiyadan BRİKS-in tərəfdaş dövlət olmasını istəyib

Kuba Rusiyadan BRİKS-in tərəfdaş dövlət olmasını istəyib

Kuba  Rusiyadan BRİKS-ə tərəfdaş dövlət kimi qoşulmaq üçün icazə istəyib. Bu barədə Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Karlos Pereyra X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Kuba rəsmi olaraq qrupun sədri olan Rusiya prezidenti Vladimir Putinə BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün müraciət göndərib ", - diplomat bildirib.

BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
 
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti