Kubada ABŞ-ın ilk mobil rabitə operatoru öz işinə başladı

00:02 | 19.09.2015
Kubada ABŞ-ın ilk mobil rabitə operatoru öz işinə başladı

Kubada ABŞ-ın ilk mobil rabitə operatoru öz işinə başladı

Gələn həftədən Kubada fəaliyyətə başlayacaq ABŞ-ın ilk mobil rabitə operatoru rouminq xidməti göstərəcək. Bu haqda «Verizon» şirkətinin saytında yazılıb.
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, şirkət öz müştərilərinə telefon rabitəsi, mətn və başqa məlumatların ötürülməsi xidmətini təklif edəcək.
 
«Verizon» iki ölkə arasında diplomatik münasibətlərin rəsmi şəkildə bərpasından bir ay sonra Kubada fəaliyyətə başlayıb və adada iş qurmuş ikinci ABŞ şirkətidir. «Airbnb» evlərin kirayəsi xidməti ilk olaraq Kubada işləməyə başlayıb.
 
«Associated Press» agentliyinin yaydığı məlumata əsasən, Kubada hələ ki ABŞ prosessinq şirkətlərinə işləmək qadağandır.
 
Xatırladaq ki, Kuba və ABŞ arasında diplomatik münasibətlər 1963-cü ildən kəsilmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM