Hələlik bu imtiyazdan dövlət məmurları, artistlər və idmançılar yararlana biləcək
Kubada ilk dəfə olaraq inqilabdan sonra ölkə vətəndaşlarına sərbəst halda avtomobil almağa icazə verilib.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hələlik bu imtiyazdan dövlət məmurları, artistlər və idmançılar yararlana biləcək. Kuba hökuməti hesab edir ki, avtomobillərin satışından toplanan pullar ictimai nəqliyyatın təkmilləşdirilməsinə yönələcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !