Kubanın ABŞ-dakı səfiri rəsmən işə başladı

15:39 | 18.09.2015
Kubanın ABŞ-dakı səfiri rəsmən işə başladı

Kubanın ABŞ-dakı səfiri rəsmən işə başladı

Kubanın Vaşinqtona təyin olunan səfir Jose Cabanas rəsmi olaraq vəzifəsinə başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ağ Evdə təşkil olunan tədbirdə Caabanas digər təyin olunan yeni səfirlərlə birlikdə etimadnamə məktubunu prezident Barak Obamaya təqdim edib.

2012-ci ildən indiyə kimi Kubanın Vaşinqtondakı diplomatik təmsilçisi olan Cabanas 54 il bundan əvvəl Kubanın ABŞ-a təyin olunan ilk səfiri olub. İki ölkə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələrin aparılması zamanı ilkin mərhələdə səfirliklərin təyin olunmasına razılıq vermişdilər. İki ölkə arasında danışıqlar bu ilin yanvar ayından start verilib və ən əvvəl ABŞ Kubanı terroru dəstəkləyən ölkələri siyahısından çıxartmışdı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti