Kubok oyunun vaxtı və yeri açıqlandı

16:18 | 29.11.2013
Kubok oyunun vaxtı və yeri açıqlandı

Kubok oyunun vaxtı və yeri açıqlandı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının keçirilmə vaxtı və yeri açıqlanıb.

ANN.Az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 1/8 final mərhələsinin oyunları 4 dekabr tarixdə keçiriləcək. Bir oyundan ibarət olacaq bu mərhələnin oyunlarının keçirilmə yerləri və başlama saatı belədir:

4 dekabr (çərşənbə)

“Qaradağ Lökbatan” – “Rəvan”

Lökbatan şəhər Olimpiya İdman Kompleksinin stadionu, 13:00

“Bakı” – “Sumqayıt”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:00

“Mil-Muğan” – “Qəbələ”

Qəbələ şəhər stadionu, 13:00

“Neftçi” – “Kəpəz”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 14:00

“Araz Naxçıvan” – “Simurq”

Naxçıvan Muxtar Respublika stadionu, 14:00

“Qarabağ” – AZAL

Tofiq Bəhramov adına Respublika stadionu, 16:30

“İnter” – “Şuşa”

“Şəfa” stadionu, 17:00

“Xəzər Lənkəran” – “Neftçala”

Xəzər Lənkəran mərkəzi stadionu, 17:00

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb