Küçədə mal satmağa qoymadılar - Özünü yandırdı

14:01 | 02.12.2022
Küçədə mal satmağa qoymadılar - Özünü yandırdı

Küçədə mal satmağa qoymadılar - Özünü yandırdı

Bakıda "Vətən Müharibəsi" iştirakçısı özünü yandırmağa cəhd edib.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumatda bildirilib.
 
Hadisə bu gün saat 12:00 radələrində Yeni Yasamal qəsəbəsində baş verib.
 
Belə ki, vətəndaş Vüqar Əzizov həmin ərazidə işlətdiyi köşkün önünə satış məqsədilə mallar yığıb. Lakin onun yığdığı mallar səkinin böyük hissəsini zəbt edib və ərazidə piyadaların sərbəst hərəkətinə maneə yaradıb. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ondan səkiyə yığdığı malları götürməyi tələb ediblər.
 
Tələblə razılaşmayan Vüqar Əzizov etiraz əlaməti olaraq özünü yandırıb. Həmin vaxt ərazidə olan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırıblar.
 
Hazırda Vüqar Əzizovun vəziyyəti yaxşıdır.
 
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM