Kukla krallığının hökmdarı - FOTO

17:16 | 11.12.2013
Kukla krallığının hökmdarı - FOTO

Kukla krallığının hökmdarı - FOTO

L. QasımovaBu yaxınlarda Muzey Mərkəzinin İncəsənət qalereyasında kuklaların II Bakı Beynəlxalq Biennalesi keçirildi.Bu sərgidə 13 ölkədən gəlmiş kukla ustaları öz əl işlərini təqdim edirdilər: Latviya, Rusiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Almaniya, İsrail, İtaliya, Belçika, Çexiya, Belorus və Azərbaycan.Bu sərgidə həm rəssam, həm də çox gözəl kukla ustası olan Yelena Mixaylova ilə tanış oldum. O, Lotqaliidən gəlmişdi, Latviyada yerləşən kiçik Preyli şəhərciyindən. Yelena müəllif kuklaları üzrə və oyuncaq ustalarını birləşdirən Baltika Gildiyasının üzvüdür. Söhbətləşdikcə, nəinki istedadlı, həm də səmimi və xeyirxah bir insanı qarşımda görürdüm. Axı yalnız belə bir ustanın çox gözəl kuklaları ola bilər,  belə kuklalardan isə gözləri kənara çəkmək mümkün deyil.  Bütün 5 zalı ən azı üç dəfə gəzib-dolandım və həmişə də onun əl işinin qarşısında dayandım, sanki bu kuklalardakı gözəgörünməz güclü qüvvə məni özlərinə tərəf çəkirdi. Yelena Mixaylovanın nəsli Nalçikdəndir. Moskvada yaşayıb, Moskva İncəsənət Universitetini bitirib, "tərtibatçı-dekorator" ixtisasını alıb. Yelena peşəkar rəssamdır. O, ərə gedib, Latviyaya, Preyli şəhərinə köçüb. Latviyada Mixaylova yadelli idi, amma bütün aləmə onların kiçik şəhərciyini məşhur etmiş latışların qüruru olmağı bacardı.Əvvəlcə o şəhərin uşaq bağçalarının divarlarını rəngbərəng naxışlarla boyayıb.Sonra isə kukla düzəltməyə başlayıb.Onda Raymond Pauls və Alla Puqaçovanın, Kraliça Yelizaveta və şahzadə Çarlzın, nağıl personajlarının, mələklərin, balaca qızların, təlxəklərin, baba Zəhərli göbələk və başqalarının kuklaları var.O, şəhərdə Mixaylovqrad adlı kukla krallığı yaradıb, burada daşdan, ağaclardan, dəmirlərdən qalalar, körpülər, çaylar, dəyirman, karet tikilib. Burada ekskursiyalar keçirilir. Simvolik ödəmə edib, 19-cu əsr kostyumunu geyinməklə baronessaya, qrafinyaya, markizə, lorda çevrilmək olar. Bu, əsl nağıllar dünyasıdır.Latviyanın gözəl kukla ustası Yelena Mixaylova müsahibəsini diqqətinizə təqdim edirik:- Yelena, siz ilk dəfədir Bakıdasınız?- Yox, artıq ikinci dəfədir burdayam. Birinci dəfə mən 2011-ci ildə ilk biennaleyə gəldim. Onda bura mənim çox xoşuma gəldi, ona görə də, bu il də dəvət alarkən məmnuniyyətlə razılıq verdim.- Bəs bu dəfə tamaşaçılara hansı əl işlərini təqdim etdiniz?- "Afət", "Sarıbülbül", "İşıqlı mələk", "Qara mələk", "Texniki əsr", "Gecə saatsazı", "Yasəmən", "Serso",…- cəmi 14 iş.- Hər şey nədən başlandı?- Bu, 2007-ci ildə oldu. Mənə sındırılmış kukla-marionetka gətirdilər. Onu öz zövqümə uyğun təmir etdim və daha sonra tərtibat verdim. Sonra mənə başqa öz kuklalarımı düzəltmək istədim. Beləcə məndə kuklalara həvəs oyandı.- Bəs cəmi nə qədər əl işləriniz var?- İndi məndə təxminən 300 işdir. Bəziləri qalereyamdadır, bəziləri də dostlarımda. Hər bir əl işimin yalnız bir nüsxəsi var.- Hansı sərgilərdə iştirak etmisiniz?- 2009-cu ildə Riqada TEDDY və müəllif kuklaları ayılarının 2-ci beynəlxalq sərgi-yarmarkasında; 2011-ci ildə Bakıda 1-ci Biennale və Çexiya beynəlxalq sərgisində. 2012-ci ildə Moskvada "Kukla Sənəti" 3-cü beynəlxalq sərgidə; Riqada müqəddəs Valentin Gününə uyğunlaşdırılmış "Cənnət alması" sərgisində. Həmçinin 2013-cü ildə Moskvada Tişenkedə kuklaların 9-cu Beynəlxalq sərgisində; Tallində sərgidə; Sankt-Peterburqda "Gülməli pul" sərgisində.  "Unudulmuş sandıq" detal nominasiyasında müsabiqədə iştiraka görə diplom aldım. Diplomlarım, həqiqətən, çoxdur.- Kuklanın incəsənət əsərinə çevrilməsi üçün onun hazırlanmasına nə qədər vaxt sərf etmək lazımdır?- Mən hər şeyi özüm edirəm – donlar, ayaqqabılar tikirəm, kuklanın bədənini hazırlayıram, gözlərini qoyuram, bəzəklər seçirəm, baş geyimləri, aksessuarlar. Uzun müddət bütün detalları incəliklərinə qədər işləyirəm (dodaqlar, burun, barmaqlar…), axı bu zəhmət tələb edən, bəzən də çox ağır və gərgin işdir. Bir işə 3 gündən 1 aya qədər vaxt gedir.- Siz bu kuklaları heç evə aparırsınız?- Yox, onlar emalatxanada qalırlar. Bəzi kuklalar "Kukla" incəsənət-qalereyasındadır, bəziləri də özəl kolleksiyalarda. Mən hətta bilmirəm, kim onları əldə edib. Amma mən əminəm ki, onlar xeyirxah və sevən insanlarda olacaq. Axı kuklalar uşaqlar kimidir, onlar qayğı və nəvazişi sevirlər.- Sizin əl işləriniz biennaledə qeyd edilmişdi?- Bəli, mənə diplom verdilər. Çox xoşbəxtəm və bu tədbiri təşkil edənlərə təşəkükrümü bildirirəm.- Bakı bu il necə təsir bağışladı sizə?- Çox gözəl. Şəhər gözəldir, təşkilatçılıq əladır, insanları xeyirxahdır.- 3-cü biennaledə də Bakıya yenidən gələcəksinizmi?- Mütləq, təki çağırsınlar. Sizin şəhəriniz gözəl və qonaqpərvərdir, isti münasibət var. İnsanlar ünsiyyətcildir. Bir çox ziyarətçilər mənə yaxınlaşıb və əl işlərimə görə təşəkkür edirdilər, bu isə həmişə xoşdur. Hamıya təşəkkür!- Sizə təşəkkür, Yelena. Yenidən sizi Bakıda gözləyirik. Uğurlar Sizə, müvəffəqiyyətlər. Biz Sizin yaradıcılığınızı bundan sonra da izləyəcəyik.- Təşəkkür edirəm. Hələlik Bakı, yeni görüşlərədək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM