Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq olunub.Bu barədə Xidmətdən məlumat verilib.
Bildirilib ki,sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi,Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə isə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !