Külli miqdarda qızıl-zinət əşyasının qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

21:38 | 11.06.2024
Külli miqdarda qızıl-zinət əşyasının qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

Külli miqdarda qızıl-zinət əşyasının qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

"Qafqazinfo” xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları (bir ailənin üç üzvü) "yaşıl kanal” vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar.

Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM