• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

"BBC World News” telekanalında Azərbaycan turizmi haqqında tanıtım çarxı təqdim olunub

17.11.2021 14:05
Azərbaycan Turizm Bürosunın "BBC” yayım şirkəti ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın turizm potensialı haqqında çəkilən tanıtım çarxı izləyicilərə təqdim olunub.
 
Bu barədə Anews.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
 
Videoda Azərbaycanın təbiəti, tarixi və mədəni müxtəlifliklərini əks etdirən abidələri, Azərbaycan mətbəxinin təamları, o cümlədən ölkəyə səyahət edən turistlərin təcrübədən keçirə biləcəkləri fəaliyyət növləri öz əksini tapıb.
 
Bir il ərzində davam edəcək əməkdaşlıq üzrə rəqəmsal və podkast kampaniyalarına start verilib.
 
Belə ki, rəqəmsal kampaniya "bbc.com” saytında reklam bannerləri, ölkəmizin mədəni və maddi irs nümunələrini əks etdirən maraqlı məqalələr, eləcə də saytın "reel” (video məlumat) bölməsində qısa tanıtım çarxlarının yerləşdirilməsini, podkast kampaniyası isə "BBC” şəbəkəsində yayımlanan, səyahət və kulinariyaya həsr olunmuş podkastlar zamanı audioreklamların səsləndirilməsini nəzərdə tutur.
 
Kampaniyanın hədəfi BƏƏ, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Türkiyə və Rusiya kimi hədəf bazarlardan olan istifadəçilərdir.
 
Kampaniya çərçivəsində Azərbaycanın turizm imkanlarına həsr olunmuş daha 2 təbliğat videoçarxının, eləcə də "A Taste of Baku” ("Bakının dadı”) və "Wonders of Azerbaijan” ("Azərbaycanın möcüzələri”) verilişlərinin çəkilişi planlaşdırılır. Həmin tanıtım çarxları və adıçəkilən verilişlər "BBC World News” telekanalında yayımlanacaq.
 
Radio və onlayn vasitələrlə müxtəlif yayım xidmətləri göstərən "BBC” şirkətinin "BBC World News” telekanalının izləyici sayı 112 milyon, "bbc.com” saytının aylıq unikal istifadəçi sayı isə 179 milyon təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq
Mədəniyyət 23:11
Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq
Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq
Mədəniyyət 12:11
Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq
Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır
Mədəniyyət 21:24
Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır
Özcan Dənizin Bakı konserti təxirə düşdü
Mədəniyyət 12:10
Özcan Dənizin Bakı konserti təxirə düşdü
BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb
Mədəniyyət 18:00
BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
Mədəniyyət 20:30
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
Mədəniyyət 14:05
"BBC World News” telekanalında Azərbaycan turizmi haqqında tanıtım çarxı təqdim olunub
İrlandiyalı musiqiçi və prodüser vəfat edib
Mədəniyyət 23:00
İrlandiyalı musiqiçi və prodüser vəfat edib
Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı
Mədəniyyət 20:30
Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol