İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
![İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək](https://anews.az/photo/850x500/2022-04/1651145921_susa_qalasi_2.jpeg)
İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.
Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.
Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.
Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.
www.anews.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)