• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bu gün "Avroviziya" müsabiqəsinin finalıdır - VİDEO

Bu gün
14.05.2022 13:29
Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı "Avroviziya” mahnı müsabiqəsinin finalı keçiriləcək.
 
İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da baş tutacaq finalda 25 ölkənin təmsilçiləri yarışacaqlar.
 
Müsabiqənin qalibi adı uğrunda  Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyanın təmsilçiləri yarışacaq. 
 
Dünyanın ən böyük canlı musiqi tədbirində Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri "İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.
 
 "Avroviziya” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya "Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il "Avroviziya” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə  "Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edir. 
 
Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli "Fade To Black” adlı mahnı ilə təmsil edir.  
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün
Mədəniyyət 13:29
Bu gün "Avroviziya" müsabiqəsinin finalıdır - VİDEO
Fox kanalında  erməni təxribatı - VİDEO
Mədəniyyət 16:25
Fox kanalında erməni təxribatı - VİDEO
Mədəniyyət 12:22
"Gəlin, dönək evə" - mahnı müsabiqəsi - VİDEO
Polis M.Ə.Rəsulzadənin portretini Bakının mərkəzində çəkməyə qoymayıb -  VİDEO
Mədəniyyət 12:25
Polis M.Ə.Rəsulzadənin portretini Bakının mərkəzində çəkməyə qoymayıb - VİDEO
Aygün Bəylər erməni ifaçı ilə azərbayycan dilində mahnı ifa etdi - VİDEO
Mədəniyyət 11:15
Aygün Bəylər erməni ifaçı ilə azərbayycan dilində mahnı ifa etdi - VİDEO
Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
Mədəniyyət 10:43
Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
Elina Hacıyevaya həsr olunur -  VİDEO
Mədəniyyət 07:59
Elina Hacıyevaya həsr olunur - VİDEO
Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO
Mədəniyyət 07:32
Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO
“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO
Mədəniyyət 02:18
“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol