• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Rəhim Rəhimli vəfat edib - SƏBƏB

Rəhim Rəhimli vəfat edib - SƏBƏB
30.09.2022 08:09
Tanınmış müğənni Rəhim Rəhimli bu gün, sentyabrın 30-da vəfat edib. Bu barədə xalq artisti Faiq Ağayev özünün rəsmi instaqram hesabında məlumat paylaşıb.
 
İfaçı gecə 02:00-da ürək tutmasından vəfat edib. Sənətçi bu gün 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.
 
Bəstəkar-müğənni Rəhimli Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
 
Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Mədəniyyət 05:59
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Mədəniyyət 14:15
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Mədəniyyət 16:59
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Mədəniyyət 22:07
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
Mədəniyyət 16:09
Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
Mədəniyyət 08:09
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Mədəniyyət 12:18
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol