• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB

Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
30.11.2022 16:09
 Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi "Odda - İki bacı” filmini Landmark-da nəzərdə tutulan nümayişini təxirə salıb.  Bu barədə Avropa İttifqının Azərbaycandakı ofisindən məlumat verilib. 
 
Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə "Odda - İki Bacı" ("Sisters Apart") filminin dekabrın 5-i saat 19.00-da nümayişini nəzərdə tutmuşdu. 
 
Filmin nümayişinin təxirə salınmasına səbəb onun Türkiyəyə qarşı çəkilməsi səbəbindən Azərbaycan ictimaiyyatı tərəfindən birmənalı qarşılanmamsının  olduğu iddia edilir. 

16.05 
_____________ 
Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan kinoteatrlarının Türkiyəyə qarşı çəkildiyi üçün  imtina etdikləri "Odda - İki bacı” filmini Landmark-da nümayiş etdirmək niyyətindədirlər. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

"Odda - İki bacı” ("Sisters apart”) filmi anti-Türkiyə mövzusunda lentə alındığı üçün Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. 

Filmin ssenari müəlllifi və rejissoru Dafne Çarizanidir. Baş rollarda Almila Bagiracıq, Zübeydə Bulud və Məryəm  Bubani çəkiliblər.
 
Filmdə Türkiyəyə düşmənçilik, antipatiya ruhu nümayiş olunur.  
 
Mədəniiyyət Nazirliyi kinonun yayımı ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmir və hansısa məkanda nümayiş olunması  Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. 
 
"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.  "Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb", - nazirliyinin açıqlamasında deyilir. 

Aytac Şirəliyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Mədəniyyət 05:59
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Mədəniyyət 14:15
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Mədəniyyət 16:59
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Mədəniyyət 22:07
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
Mədəniyyət 16:09
Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
Mədəniyyət 08:09
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Mədəniyyət 12:18
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol