• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Sevinc Ağasıyeva yeni mahnısını təqdim edib- VİDEO

Sevinc Ağasıyeva yeni mahnısını təqdim edib- VİDEO
25.05.2023 17:36
Müğənni Sevinc Ağasıyeva (Sivva) "Bu sənmisən" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
 
Bəstənin söz və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova aiddir. Klipin rejissor işi Emin Muradova həvalə edilib. Sivva ekran işindəki rəqsi ilə diqqət çəkib.
 
O bildirib ki, klipi izləyənlərin bir çoxu rəqsi onun etdiyini bilməyib.
 
"Bu rəqsə qısa müddətdə hazırlaşdım. Hələ orada tam olaraq göstərə bilmədim. 1 ay ərzində iki xareoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Bütün komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Obraz olaraq sevgilimi görmək istəmirəm. Klipin içində ehtiras da, göz yaşı da, təəssüf hissi də, sevgi də var",- müğənni bildirib.
 
Sivva bildirib ki, mahnıda qadınlara mesaj göndərib.
 
"Mesaj göndərirəm ki, emosiyalarına qalib gəlib, hisslərini idarə etsinlər. Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Hisslərinizə qapanıb, iki, üç dəfə səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir",- bəstəkar vurğulayıb.
 





































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol