• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb

Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
14.12.2023 05:59

Azərbaycanın Xalq Rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtalyanın məşhur Della Stella D’İtalia Ordeni bə diplomu ilə təltif olunub. İtalyanın Azərbaycandakı səfirliyində həmin ordenin sənətkara təqdimatı mərasimi keçirilib.


"Natiq Əliyev öz əsərləri iıə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, - İtalyanın Azərbaycandakı səfiri bildirib. 


İtaliya incəsənət nümunələrindən ilhamlandığını bildirən Natiq Əliyev hazırda da İtalyan heykəltaraşları ilə birgə layihələr üzərində çalışdığını deyib. 


"Hazırda İtaliyadan olan həmkarımla Verona şəhərinin mərkəzi meydanlarından birində qoyulacaq abidə kompleksi üzərində çalışırıq. Komleksə Şekspir və Nizaminin heykəlləri daxil olacaq. Hər iki sənətkarın yaradıcılığının mərkəzində olan sevgi abidənin əsas ideya mərkəzini təşkil edəcək.  Şekspirin heykəlini İtaliya heykəltaraşı, Nizaminin abidəsini isə mən hazırlayacam”, - Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, artıq heykəlin eskizi hazırdır. Onun Veronada qoyulacağı yerlə bağlı şəhər merinin qərarı da var. 


Bundan başqa heykəltaraş Aşıq Ələsgər və Çingiz Aytmatovun da heykəlləri üzərində çalışır. 


"Aşıq Ələsgərin heykəli artıq hazırdır.Bakıxanov və Rəşid Behbudov prospektlərinin kəsişməsində qoyulacaq. Çingiz Aytmatovun heykəli üçün isə Azadlıq prospektinin Mərkəzi Seçki Komissiyasına yaxın hissəsində yer ayrılıb”, - Natiq Əliyev bildirib. 


Hər iki heykəl bürüncdən düzəldilib. 


1947-ci ilin yanvarında təsis edilən İtaliya Həmrəylik Ulduzu Ordeni (Ordine della Stella della Solidarietà Italiana) İtaliya Respublikasının ali dövlət mükafatıdır.


Orden xaricdə yaşayan İtaliya vətəndaşlarına və əcnəbilərə İtaliya ilə digər ölkələr arasında dostluq münasibətlərinin və əlaqələrin inkişafında xüsusi xidmətlərinə, habelə İtaliya ilə əlaqələrin inkişafına görə təltif edilib.


Mükafat Sərəncam Şurası ilə danışıqlardan sonra xarici işlər nazirinin təklifi əsasında İtaliya prezidenti tərəfindən verilir. Sərəncam Şurası xarici işlər nazirinin sədrliyi ilə 4 nəfərdən ibarət olur. 


N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Mədəniyyət 05:59
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Mədəniyyət 14:15
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Mədəniyyət 16:59
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Mədəniyyət 22:07
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
Mədəniyyət 16:09
Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
Mədəniyyət 08:09
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Mədəniyyət 12:18
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol