• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

“Xınalıq və Köç yolu” qoruğunun hüquqi statusu müəyyənləşib

“Xınalıq və Köç yolu” qoruğunun hüquqi statusu müəyyənləşib
27.12.2023 11:13
"Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib. 
 
Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
 
2021-2024-ci il müddətində Qubanın Xınalıq kəndində ümumilikdə  60- a yaxın evin tikilərək təhvil verilməsi planlaşdırılır. Bunu qoruqların idarə etmə mərkəzinin əsas tikinti sektorunun müdiri Elşən Ağalarov  anews.az-a açıqlamasında bildirib. 

O vurğulayıb ki, 2021- ci ildə 16,  2022-ci ildə isə 11 ev bərpa  olunaraq, əhaliyə təhvil verilib.
 
"Bu il 20 evin tikintisinə başlanılıb və il ərzində 17 evin təhvil verilməsi planlaşdırılır",- sektor müdiri Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində təşkil olunan tədbirdə deyib.

Elşən Ağalarovun sözlərinə görə, 2024-cu ildə 18 evin tikilməsi nəzərdə tutulub. 

"Bu ilin noyabrın 20-ə qədər hava şəraiti imkan versə, evlər sakinlərin istifadəsinə veriləcək",- o əlavə edib.

2023-cü ilin sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol