• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
06.05.2024 18:13
Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Mayın 11-də Cıdır düzündə "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. 

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. 

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül” festivalı beynəlxalq status alıb.

Qarabağ münaqişəsi dövründə  əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol