• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Bakıda Üçüncü Piano Festivalının açılışı olub

Bakıda Üçüncü Piano Festivalının açılışı olub
17.06.2024 18:23
Bakıda Üçüncü Piano Festivalının açılış mərasimi olub.

1news.az xəbər verir ki, tədbir ispan virtuoz rəqqas Rebeka Orteqanın flamenko rəqsi ilə açılıb.

O, tamaşaçılar üçün heyrətamiz şou yaratmağı bacarıb.

Rebeka Orteqa "Nottingham Flamenquitas” qrupu ilə çalışıb, "Flamenco Carmen Amaya” Mədəniyyət Akademiyasında klassik flamenko ixtisası üzrə təhsil alıb, Madriddəki dünyaca məşhur "Centro de Arte Flamenco y Danza Española Amor de Dios”da, "Escuela Mayor de Danza”da və Sevilyadakı Peşəkar Rəqs Akademiyası təcrübə keçib. O, həmçinin usta Manuela Noqalesdən müasir rəqs öyrənib.


Onun rəqsi klassik flamenko da daxil olmaqla geniş repertuarı, həmçinin teatr və sirk bacarıqları ilə bağlı şəxsi səhnə təcrübələrini ehtiva edir. Flamenko rəqqası kimi o, güclü ifadəsi, ritm hissi, zərifliyi və yüksək səviyyəli səhnə sənəti ilə seçilir.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir.

Festival iyunun 29-dək davam edəcək.

Festivalın şüarı: "May piano inspire you!”

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: https://bakupianofestival.com/

Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol