• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Eldar Mansurov bütün varidatını AMEA-ya bağışladı - FOTO

Eldar Mansurov bütün varidatını AMEA-ya bağışladı - FOTO
29.05.2020 04:38
Görkəmli musiqişünas, bəstəkər, xalq artisti Eldar Mansurov özünün və  Azərbaycan Respublikasının xalq artisti, klassik muğamlarımızın mahir ifaçısı, tarzən Bəhram Mansurovun yaradıcılığını əks etdirən arxiv materiallarının bir nüsxəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb.    "Axar.az" xəbər verir ki, bunlar Aydın K.Əzimovun Eldar Mansurova bağışladığı “Şur” muğamının ifa tərzləri və onların nota alınması” toplusu, not yazısı Eldar Mansurova məxsus olan “Azərbaycan dəraməd və rəngləri”, özünün müəllifi olduğu “Simfonik rəqsləri”, simfonik orkestr üçün yazdığı “Simfoniya №4”, kamera orkestri üçün “Freskalar”, 2 hissədən ibarət “Saqinamə”, fortepiano üçün yazdığı “Miniatürlər Rubato”nun nota köçürülmüş kitab və kitabçaları, həmçinin 1995-ci ildə çap olunan “Muğam düşüncələrim” adlı məqalələrdən ibarət kitabaları və görkəmli tarzən Bəhram Mansurova aid olan Heydər Əliyev Fondu tərəfindən mahir tar ifaçısının anadan olmasının 100 illiyinə həsr edilmiş “Mansurovlar” kitabı, ustad tarzənin ifalarından götürülərək nota köçürülmüş “Azərbaycan qədim el havaları”, Mansurovlar ailəsinin layiqli övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı Məşədi Süleyman Mansorovun yazdığı “Xatirələr” kitabını, görkəmli musuqi xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və yaradıcılıq fəlaiyyətini əks etdirən fotoların yer aldığı kitabçalardan ibarətdir.   Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu və bütün yaradıcılığının elektron variantı da hədiyyələr arasındadır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol