• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

bp qədim tarixin araşdırılmasına dəstək verir

bp qədim tarixin araşdırılmasına dəstək verir
15.05.2025 18:49

Bu gün bp Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasına həsr olunmuş iki geniş
əhatəli tədqiqat kitabını ictimaiyyətə təqdim edib. “Azərbaycan. Tarixi-coğrafi atlas” və
“Azərbaycan.

Tarixi-etnoqrafik atlas” adlanan bu kitablarda ilk dəfə olaraq qədim və orta
əsrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədəni təhlili elmi araşdırma mətnləri ilə
müşaiyət olunur. Xəritələrin bu elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi
formalaşmasını əks etdirən tarixi faktlar və sübutlara əsaslanır.

bp-nin bu tədqiqata dəstəyi onun Azərbaycanın tarixinin və zəngin mədəni irsinin təbliğinə
töhfə vermək öhdəliyinin bir hissəsidir

Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək
məqsədilə iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib.

Kitablar ətraflı kartoqrafik təhlili tarixi və etnoqrafik sənədlərlə birləşdirən yenilikçi bir
tədqiqat işidir. Bu unikal yanaşma oxuculara Azərbaycanın tarixi mənzərəsinin canlı və
dəqiq təsvirini təqdim edir, ərazinin və ətraf regionların coğrafi və mədəni təkamülü
vasitəsilə xalqın etnik mənsubiyyəti haqqında dolğun təsəvvür yaradır. Tarixi xəritələrin və
sənədlərin təfərrüatlı təhlili Azərbaycanın tarixi coğrafiyasının əhatəli və dəqiq təsvirini
formalaşdırır.

Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru,
professor Həsən Həsənovdur.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli.

 “Bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik. Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın — Azərbaycan türklərinin — tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar
və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq.”

Bu gün Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində tanınmış tarixçilər, alimlər,
tədqiqatçılar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat

işinin əhəmiyyətini qeyd edərək, müəllifin metodologiyası və yanaşmasının ölkənin və
bütövlükdə regionun qədim dövrlərdən başlayaraq keçdiyi tarixi və coğrafi təkamül
yollarının araşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Layihənin dəyəri 178540 AZN (105000 ABŞ dolları) təşkil edib. Layihə TEAS Press
Nəşriyyat Evi tərəfindən yerinə yetirilib.

bp bu kitabları kitabxanalara, universitetlərə və aidiyyəti elmi-tədqiqat institutlarına hədiyyə
olaraq təqdim edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol