• $
  • £

Bakıda“Ötəri” sərgisi keçirilib

Bakıda“Ötəri” sərgisi keçirilib
20.10.2025 10:52

“Sirr Art” rəssamlıq kursunun “Ötəri” adlı illik hesabat sərgisi keçirilib. 

Kursun rəhbəri Səriyyə Yarıyeva bildirib ki, “Sirr Art” artıq üç ildir fəaliyyət göstərir və hər il ənənəvi hesabat sərgisi təşkil olunur.

"Bu ilki sərgidə 50 rəssamın əsərləri nümayiş olunub. Ötən il bu rəqəm 39 idi. Növbəti il üçün də yeni sərgi planlaşdırılır",- Yarıyeva bildirib.

Kursun müəllimi, Rəssamlar İttifaqının üzvü Ərkinaz Salmanzadə deyib ki, “Sirr Art”ın yaranma ideyası üç il əvvəl onun və şagirdi Səriyyə Yarıyevanın təşəbbüsü ilə ortaya çıxıb.

“Biz birlikdə bu kursu yaratmağa qərar verdik və beləliklə, bu nağıl başladı. Hər il hesabat sərgisi keçirməyi qərara aldıq. Burada həm şagirdlərimizin, həm də bizim rəsmlərimiz nümayiş olunur. Sərginin adı ‘Ötəri’ olsa da, xatirələr əbədidir. Burada ötərilikdən əsər-əlamət yoxdur, hər şey əbədidir.”,- Ərkinar Salmanzadə vurğulayıb.

Kursun meneceri və “Həvəskar dərslər” fənninin müəllimi Asifə Cumayeva isə qeyd edib ki, artıq iki ildən çoxdur burada fəaliyyət göstərir.

“Mən həm menecer, həm də müəllim kimi çalışıram. Kursa yaş məhdudiyyəti olmadan qəbul aparılır — 4 yaşından yuxarı hər bir şəxs qeydiyyatdan keçə bilər. Ən yaşlı tələbəmiz 65 yaşındadır.

 

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Mədəniyyət 20:00
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Mədəniyyət 22:26
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Anadolunu Turistik Şərq Ekspresi ilə kəşf edin: Unudulmaz qış səyahəti üçün əla fürsət - FOTOLAR
Cəmiyyət 11:14
Anadolunu Turistik Şərq Ekspresi ilə kəşf edin: Unudulmaz qış səyahəti üçün əla fürsət - FOTOLAR
"Yeşilçam"ın aktyoru vəfat edib
Mədəniyyət 17:04
"Yeşilçam"ın aktyoru vəfat edib
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Mədəniyyət 18:45
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
Mədəniyyət 23:20
Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Mədəniyyət 17:41
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Mədəniyyət 22:19
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol