İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər - Yenilənib
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər.
***
Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
Vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.
***
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
Rasim Balayevlə vida mərasimi bu gün, saat 12.00-13.30 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
***
Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
Bu gün axşam saatlarında Xalq artistinin cənazəsinin Bakıya gətirilməsi nəzərdə tutulub.
Sabah isə mərhum sənətkarla Akademik Milli Dram Tetarında vida mərasimi keçiriləcək.
***
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.