Tbilisidə iyunun 14-də güclü sel basması zamanı itkin düşən Balu ləqəbli ayı Kür çayında ölmüş vəziyyətdə tapılıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ayının leşi iyunun 30-da çayın keçdiyi aviasiya zavodu ərazisində aşkarlanıb. Bundan əlavə, Kür çayında bu gün Tamaz Elizbaraşvilinin həyətində saxladığı daha 3 cəsədi də tapılıb.
Digər məlumata görə, zooparkdan yoxa çıxan pələngin taleyindən hələ də xəbər yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !