• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Kürdə batan 2 nəfərin axtarışları davam edir - Video

Kürdə batan 2 nəfərin axtarışları davam edir - Video
14.07.2024 11:18
Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları davam etdirilir.Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər 2 nəfərin - 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

Hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub.

Xatırladaq ki, "VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib. Bir nəfərin isə meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol