Kür niyə quruyur? - AÇIQLAMA

16:00 | 04.07.2020
Kür niyə quruyur? - AÇIQLAMA

Kür niyə quruyur? - AÇIQLAMA

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib. Son bir ayda Kür çayının səviyyəsi bəzi yerlərdə hətta 2 metrə qədər enib. Mütəxəssislər isə bunu bir çox amillərlə əsaslandırır.  
 
Elmlər Akademiyasının coğrafiya inustitunun direktoru Ramiz Məmmədov anews.az-a problemin səbəbini təbii amillər, yağıntıların miqdarının azalması,yayın quraqlıq keçməsi və Azərbaycan ərazisində sudan düzgün formada istifadə olunmaması ilə əlaqəli olduğunu bildirdi.  

Ekspert Demokratiya yardım ictimai birliyinin sədri Emil Məmmədovun fikrincə,  Kürdə suyun qurumasına ehtimal 2017-ci ildə Türkiyədə su anbarının tikilməsi ilə də bağlı ola bilər.

Emil Məmmədovun sözlərinə görə bu sadəcə ehtimal ola bilər. Əsas səbəblər isə qlobal istiləşmə, yağıntıların azalması, qarın yağmaması, meşələrin qırılması, yeraltı suların azalması, Kür çayının düzgün idarə olunmaması – bunlar hamısı kompleks şəklində Kürün qurumasına səbəb ola bilər.  
 

Ekspertin fikrincə ən başlıca səbəb isə Mingəçevir su anbarının su ehtiyatının düzgün idarə olunmamasıdır. Qafqazın ən iri çayı Kür çayıdır. Bu sahədə mütəxəssislər birlikdə işləməli idi. Hansı ki qarşıdakı illərin, daxili tələbatın hesablanması olmalı idi.  
 
 Ekoloq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanovun sözlərinə görə Azərbaycanda içməli su qlobal problemə çevrilib.

 
Sultanovun sözlərinə görə Azərbaycanda  Araz çayının , şimaldan Samur çayından gələn sular vasitəsilə təlabatını ödəyir.  Bu cür halların qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər həyata keçirilməlidir. İnkişaf etmiş kapitallarla müqayisədə içməli suya olan tələbat olduqca çoxdur. Biz içməli suyu ağacların sulanmasında, maşınların yuyulmasında, bütün texniki vasitələrdə  istifadə edirik. Bu da Azərbaycanda suya tələbatı çox qənətsiz edir.
 
Ekoloq onu da əlavə etdi ki, Kürdə suyun azalmasının əsas səbəbi havaların isti keçməsi, dağlarda gələn yağış sularının miqdarının az olmasıdır.Kürün suyu quruyarsa təqribən Azərbaycanın suya olan tələbatının 30 faizi Kürün hesabına ödənilir. Su olmasa, içməli suya olan tələbatı ödəməyəcək, kənd təsərrüfatı üçün şərtləri ödəməyəcək, və nəticə böyük ziyanlara səbəb olacaq. Kür Azərbaycan üçün ən böyük su mənbəyidir.
 
Onu artizan suları ilə əvəz etmək çox çətindir. Çünki artizan suları içməli su deyil uzun müddət nəticəsində yerin altında toplanmış sudur ki, içməli su kimi istifadə etdikdə insan orqanizminə təsir göstərir. Kür suyu demək olar ki, müəyyən problemləri həll edir.
 
Rauf Sultanov  bu vəziyyətdən çıxmaq üçün dövlət səviyyəsində külli miqadarda pul ayrılıb, artizan quyularından suyun çıxarılması üçün istifadəyə verilməlisini vacib hesab etdi. Sudan səmərəli istifadə olunmalıdır. Bir sözlə israfçılığa son qoyulmalıdır- deyə bildirdi.  

Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM