Kürdəmir sakini həmkəndlisini qətlə yetirib

17:02 | 30.07.2021
Kürdəmir rayonunda qətl hadisəsi baş verib.


Hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.


Kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.


Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.


B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.


Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM