Kürdəmirdə “KamAZ” aşıb,sürücü ölüb - Video

16:35 | 02.06.2024
Kürdəmirdə “KamAZ” aşıb,sürücü ölüb - Video

Kürdəmirdə “KamAZ” aşıb,sürücü ölüb - Video

Kürdəmirdə "KamAZ” markalı yük maşını aşıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz” markalı yük maşınının sürücüsü 1964-cü il təvəllüdlü Qələndərov İntiqam İsrayıl oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Avtomaşın əvvəlcə yol kənarındakı beton lövhəyə çırpılıb, daha sonra yol kənarına aşıb.

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM