Kürdəmirə içməli suyun verilişi dayandırılıb

16:07 | 09.02.2024
Kürdəmirə içməli suyun verilişi dayandırılıb

Kürdəmirə içməli suyun verilişi dayandırılıb

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib və  abonentlərin suyu kəsilib. Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib.

Dövlət Su Ehtiyatları Agentliyi yanında "Azərsu" ASC də sözügedən məlumatı təsdiqləyib.
 
"Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır",  -  "Azərsu" ASC rəsmisi bildirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM