Kürdən görün nə tutdular - FOTOLAR

13:56 | 02.06.2017
Kürdən görün nə tutdular - FOTOLAR

Kürdən görün nə tutdular - FOTOLAR

Kürdən görün nə tutdular
 
Azərbaycanda Kürdən 70 kiloqram ağırlığında balıq tutulub. Onun uzunluğu 3 metrə yaxındır. Naqqa balığının Kürün Zərdab rayonundan keçən ərazisindən tutulduğu bildirilir.

Bu barədə Zərdab rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Naqqa balığını tutan şəxsin kimliyi və bu böyüklükdə balığı necə tutduğu bizə bəlli olmasa da, bildirək ki, ovçusu onu rayondakı restoranlardan birinə satıb.

Rayon ərazisində hazırda naqqa ətinin 1 kiloqramının 10 manata satıldığı bildirilir. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.

Qeyd edək ki, bundan öncə də Kürün rayon ərazisindən keçən hissəsində böyük naqqa balığı tutulmuşdu. Lakin həmin balıq fotolarını paylaşdığımız naqqadan bir qədər kiçik idi.

Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).

Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.
 
 
 
Rayon sakinlərinin göndərdikləri fotoları təqdim edirik.
 
 


 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti