"Türkiyə Suriyanın şimalında ABŞ-la təhlükəsizlik zonası yaratmaqla, kürdlərin öz ərazilərini yaratmasını dayandırmağa çalışır”.
Bunu BBC-ə Türkiyədəki kürdpərəst Xalq-Demokrat partiyasının sədri Demirtash deyib.
Vaşinqton PKK-nı terrorçu təşkilat hesab edir.Amma İraq və Suriyada İslam Dövləti qrupu ilə mübarizə aparan digər kürd qruplarını dəstəkləyir.
Qeyd edək ki, ABŞ-la Türkiyə bu günlərdə Suriya ərazisində təhlükəsizlik zolağı yaratmaq razılığına gəliblər.
Türkiyə prezidenti Recep Tayyip Erdogan iyulun 28-də bildirib ki, kürd yaraqlıları ölkənin milli birliyi və bütövlüyünə təhlükə olduğuna görə, Ankara PKK ilə sülh prosesini davam etdirə bilməz.
Türkiyənin hərbi hava qüvvələri bu günlərdə İraqın şimalındakı PKK düşərgələrini bombaladığına görə, PKK Türkiyə ilə atəşkəs razılaşmasından çıxdığını bəyan edib.
Türkiyə elə həmin gündən İslam Dövləti qrupu və kürd yaraqlılarının mövqelərinə hücuma keçib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !